03 May 2024, 14:20
FUTBOL
Joze Mourinyo Almaniyada keçiriləcək Avropa çempionatının favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3 komandanı digərlərindən fərqləndirib.
O, xüsusən də, həmyerlilərinin gücünü qabardıb. “Portuqaliya, Fransa və İngiltərə əsas favoritlərdi. Bəli, sürprizlər olur. Amma bu komandalardakı oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda düşünürəm ki, Portuqaliya turnirə qalib gəlmək üçün gedir”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək təşkil olunacaq. Portuqaliya millisi qrup mərhələsində Çexiya, Türkiyə və Gürcüstanla qarşılaşacaq.