03 May 2024, 16:10
FUTBOL
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində millimizin də rəqibləri bəlli olub. 6-cı qrupda yer alacaq U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə qarşılaşacaq.
Qeyd edək ki, 2025-ci ildə Albaniyada keçiriləcək final mərhələsində 8 komanda mübarizə aparacaq.