03 May 2024, 13:22
FUTBOL
Azərbaycan Premyer Liqasının XXXIII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlər bu gündən iticket.az-da satışdadır.
Azərbaycan Premyer Liqasının XXXIII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlər bu gündən iticket.az-da satışdadır.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Hələlik azarkeşlər biletləri yalnız onlayn qaydada iticket.az-dan ala biləcəklər. Oyun günü isə biletlər “Azersun Arena”nın kassasında da satışda olacaq.
Qeyd edək ki, mayın 4-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 19:30-da start götürəcək.