“Bavariya” baş məşqçi məsələsini konkretləşdirməyə çalışır. Matc.az xəbər verir ki, Almaniya klubu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanın adını siyahıdan silib.

Çünki Bundesliqa təmsilçisi onun kollektivə fayda verəcəyinə inanmır. Zidan alman dilini bilmir, ingilis dilində də zəifdi. Bu kimi amillər “Bavariya”nın imtinasına səbəb olub. Üstəlik, rəhbərlik Zizunun taktiki baxımdan da komanda üçün yetərli olmayacağını düşünür.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest