Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. Matc.az xəbər verir ki, "Gündoğar ölkə"yə yollanan 44 idmançımızdan yalnız yeddisi podima qalxmağı bacarıb.  

Belə ki, Rafael Ağayev, İrina Zaretska (hər ikisi karate) və Hacı Əliyev (güləş) gümüş? İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks), Rafiq Hüseynov (yunan-Roma güləşi) və Mariya Stadnik (sərbəst güləş) Olimpiadanı bürünc medalla başa vurublar.  

1. Kəramət Hüseynov (cüdo, 60 kq) - 1/8 finalda uduzdu.

2. Orxan Səfərov (cüdo, 66 kq) - 1/16 finalda uduzdu.

3. Rüstəm Orucov (cüdo, 73 kq) - 1/4 finalda dayandı, təsəlliverici görüşlərdə bürünc medal qazana bilməyərək, yekunda beşinciliklə kifayətləndi.

4. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda dayandı.

5. Maksim Şemberev (üzgüçülük) - 400 m qarışıq üsulla üzmə yarışlarının təsnifatında 26-cı oldu, finala çıxa bilmədi.

6. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük) - 100 m batterflay təsnifatında 30-cu oldu, finala çıxa bilmədi.

7. Milad Beigi Hərçəqani (taekvondo, 80 kq) - 1/4 finalda dayandı.

8. Fəridə Əzizova (taekvondo, 67 kq) - 1/8 finalda dayandı.

9. Rostislav Pevtsov (triatlon) - 41-ci oldu.

10. Emin Cəfərov (stend atıcılığı) - təsnifatda 26-cı oldu, finala çıxa bilmədi.

11. İvan Tixonov (idman gimnastikası) - fərdi növlərdə "ilk səkkizliy"ə, çoxnövçülükdə isə "24-lüy"ə düşə bilmədi (45-ci oldu) və finaldan kənar qaldı.

12. Marina Nekrasova (idman gimnastikası) - fərdi növlərdə "ilk səkkizliy"ə, çoxnövçülükdə isə "24-lüy"ə düşə bilmədi (70-ci oldu) və finaldan kənar qaldı.

13. Anna Başta (qılıncoynatma, sablya) - 1/8 finalda uduzdu.

14. Elçin Əsədov (şose velosipedi) - finişə 108 km qalmış yarışı dayandırdı, finişə çata bilmədi.

15. Tayfur Əliyev (boks, 57 kq) - 1/16 finalda dayandı.

16. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda dayandı.

17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda dayanıb.

18. Badmintonçumuz Edi Reski Dviçayo mübarizəni dayandırdı. 

19. Məmmədəli Mehdiyev 1/8 finalda uduzub.

20. Kubalı boksçumuz Alfonso Dominqes 1/4 finala yüksəlib

21. Boksçu Cavid çələbiyev 1/16 finalda qələbə qazanıb.

22. Boksçumuz Məhəmməd Abdullayev 1/8 finala yüksəlib.

23. Cüdoçu Zelim Kotsoyev 1/8 finalda məğlub olub. 

24. Boksçu Məhəmməd Abdullayev  1/8 finalda uduzub.

25. İrina Kindzerska bürünc medal qazanıb.

26. Uşanqi Kokauri 1/8 finalda dayanıb. 

27. Alfonso Domnqes yarımfinala yüksəlib. 

28. Cavid çələbiyev erməniyə uduzaraq, mübarizəni dayandırıb.

29. Alfonso Dominqes yarımfinalda uduzsa da, bürünc medal qazanıb.

30. Ruslan Lunyov 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında uğursuzluğa düçar olub. 

31. Anna Şkidan qrupda 16-cı yeri tutub.

32. Güləşçimiz Rafiq Hüseynov bürünc medal qazanıb.

33. Elis Manolova medalsız qalıb.

34.  İslam Abbasov 1/8 finalda uduzub.

35. Turan Bayramov 1/4 finalda məğlub olub. 

36. Firdovsi Fərzəliyev qrupdan çıxa bilməyib. 

37. Rafael Ağayev gümüş medal qazanıb. 

38. Şərif Şərifov təsəlliverici görüşlərə qatılacaq. 

39. Mariya Stadnik təsəlliverici görüşlərə qatılacaq.  

40 Hacı Əliyev finala yüksəlib.

41. Zöhrə Ağamirova ilk "onluğ"a düşə bilməyib

42. Şərif Şərifov təsəlliverici görüşlərdə uduzub.

43. Mariya Stadnik bürünc medal qazanıb. 

44. Hacı Əliyev gümüş medal qazanıb

45. İrina Zaretska gümüş medal qazanıb

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest