Futbol üzrə Fransa çempionatında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə çempionatın iki aşkar autsayderi – "Mets" və "Sent-Etyen" qarşılaşıb. Qələbəyə həsrət olan "Sent-Etyen" bu görüşdə də 1 xalla kifayətlənməli olub.
 
Günün digər matçı Lion "Olimpik"i ilə "Lans" arasında baş tutub. üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Fransa Liqa 1
12-ci tur
29 oktyabr
 
PSJ – Lill 2:1
Qol: Markinyos, 74. Di Mariya, 88 – David, 31.
 
30 oktyabr
 
Mets – Sent-Etyen 1:1
Qol: Bulaya, 9 – Xazri, 16.
 
Olimpik (Lion) – Lans 2:1
Qol: Ekambi, 25-pen. Auar, 41 – Kalimuendo, 61.
 
31 oktyabr
 
16:00. Anje – Nitsa
18:00. Bordo – Reyms
18:00. Monpelye – Nant
18:00. Strasburq – Loryan
18:00. Trua – Renn
20:00. Brest – Monako
23:45. Klermon – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest