Futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb. Matc.az xəbər verir ki, bu ada Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
 
36 yaşlı futbolçu İngiltərənin "çelsi" komandasına 2:3 hesabıyla uduzduqları cavab matçında 1 məhsuldar ötürmə ilə yadda qalıb. Doğma meydandakı məğlubiyyətə baxmayaraq, İspaniya klubu səfərdəki 3:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
 
çL-də həftənin ən yaxşı oyunçusu adına "Vilyarreal"dan Raul Albiol, İngiltərə "Liverpul"undan Kostas Tsimikas və "Mançester Siti"dən Con Stounz da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest