Bu gün UEFA çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, yarımfinalın bu gün keçirilən ilk oyununda "Real" İngiltərədə "Mançester Siti"nin qonağı olub.
İspaniya nəhəngi yarımfınaldan əvvəl İngiltərənin daha bir təmsilçisini – "çelsi"ni mübarizədən kənarlaşdırmışdı. Elə "şəhərlilər" də bu mərhələyə yüksəlmək üçün İspaniya komandasını – Madrid "Atletiko"sunu məğlub etməli olmuşdu.
Bu komandaların Mançesterdə baş tutan ilk oyunu kifayət qədər məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.
"Real"la "Mançester Siti" arasında cavab matçı mayın 4-də, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Yarımfinalın daha bir cütündə sabah "Liverpul"la "Vilyarreal" üz-üzə gələcək. Bu komandalar arasında cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.
UEFA çempionlar Liqası
Yarımfinalın ilk oyunları
26 aprel
Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:3
Qol: K.D.Bruyne, 2. Q.Jezus, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İstvan Kovaç (Rumıniya).
Mançester Siti: Ederson, Con Stounz, Ruben Dias, Emerik Laport, Aleksandr Zinçenko, Rodri, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez, Qabriel Jezus, Fil Foden.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, David Alaba, Ferlan Mendi, Federiko Valverde, Toni Kroos, Luka Modriç, Rodriqo, Kərim Benzema, Vinisius Junior.