"Topa yiyələndikdən sonra hücum gücümüzdən istifadə etməliyik. Çətinliklərə öyrəşmişik. Necə oynayacağımız sirr deyil"

"Finala çıxmaq və qalib gəlmək istəyirik. Eyni zamanda, finala gedən yolda etdiklərimizi heç vaxt qiymətləndirməyəcəm. Avropanın ən yaxşı komandaları ilə eyni sırada olmaq xoşdur. Finala yüksəlmək üçün özünüz olmaq, iki müstəsna oyun keçirmək lazımdır. Bunu edə bilərik". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

Bu gün çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. İlk görüşdə öz meydanında "Real"la qarşılaşacaq "şəhərlilər"in ispan çalışdırıcısı bildirib ki, çox yaxşı komandalar yarışdan kənarda qalıb: "Nə vaxtsa biz də bu mərhələyə çatmayacağıq. Oyunçulara dedim ki, bu andan həzz alın, çünki bu şərəfdir. Futbolu futbolçular oynayır, mən bu oyunda qalib gələ bilmərəm".

"Real"ın baş məşqçisi Karlo Ançelotti isə bildirib ki, hər iki komanda üçün təzyiq təxminən eynidir: "Yarımfinala yüksəlməyi uğur adlandıra bilmərik. Finala çıxmaq uğurlu olacaq. Amma bunun üçün "Mançester Siti"ni keçmək lazımdır. Müdafiədə kompakt oynamalıyıq. Müdafiə xətti çox vacib olacaq. Rəqib topa sahib olanda müdafiə olunmalı və təkcə topa baxmamalıyıq. Topa yiyələndikdən sonra hücum gücümüzdən istifadə etməliyik. çətinliklərə öyrəşmişik. Necə oynayacağımız sirr deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest