UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Matc.az xəbər verir ki, bu ada İspaniyanın "Real" klubundan Kərim Benzema, "Vilyarreal"dan Xuan Foyt, İngiltərə "Mançester Siti"sindən Bernardo Silva, "Liverpul"dan isə Tyaqo Alkantara namizəddir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest