Bu gün UEFA çempionlar Liqasında finala vəsiqə qazanan ilk komanda müəyyənləşib. Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada "Liverpul"u (İngiltərə) qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.
"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib. Matça yaxşı başlayan "Vilyarreal" ilk hissəni 2:0 öndə bitirib. Amma İngiltərə təmsilçisi fasilədən sonra oyunda dönüş yaratmağı bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan "Liverpul" həm əzmkar qələbə, həm də finala vəsiqə qazanıb.
UEFA çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
"Vilyarreal" (İspaniya) – "Liverpul" (İngiltərə) 2:3
Qol: B.Dia, 3. F.Koklen, 41 - Fabinyo, 62. L.Dias, 67. Mane, 74.
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk (k), Endryu Robertson, Fabinyo, Tyaqo Alkantara, Nabi Keyta, Dioqo Jota, Məhəmməd Salah, Sadio Mane.
Qeyd edək ki, digər yarımfinal matçı sabah Madrid "Real"ı ilə (İspaniya) "Mançester Siti" (İngiltərə) arasında olacaq. İngiltərədə 7 qolun vurulduğu ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.