"Bəli, emosional olmalıyıq, ən yaxşı oyunu göstərməliyik, amma bunun bir anda baş verməyəcəyini bilirik"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA çempionlar Liqasının yarımfinal mərhələsində "Vilyarreal"la cavab oyunun haqda fikirlərini bölüşüb. Matc.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bildirib ki, komandası bu görüşdə bütün çətinliklərə hazır olmalıdır.
"Biz dözməyə hazır olmalıyıq. Qol vurmaq üçün yox, oyuna düzgün istiqamət vermək lazımdır. Bunun bariz nümunəsi "Nyukasl"la qarşılaşmadır (1:0). Rəqibin azarkeşləri komandanı irəli apardılar, amma biz onlara oyuna nəzarət etməyə imkan vermədik və bununla da, səviyyə nümayiş etdirdik. Təbii ki, biz daha çox qol vura bilərdik, amma nə qədər dəqiq hərəkət etdik, inanılmaz idi. Bəli, emosional olmalıyıq, ən yaxşı oyunu göstərməliyik, amma bunun bir anda baş verməyəcəyini bilirik. Səbir o demək deyil ki, biz bunu hər zaman edəcəyik. Gözləyirik və sonra cavab veririk" - deyə, Klopp bildirib.
Xatırladaq ki, "Vilyarreal"  - "Liverpul" oyunu bu gün keçiriləcək.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest