Donetsk "Şaxtyor"u növbəti mövsüm çempionlar Liqasının (çL) qrup mərhələsində iştirak hüququ qazanıb. Matc.az xəbər verir ki, bu, yarımfinal mərhələsində "Liverpul"un "Vilyarreal"ı məğlub etməsi (2:0, 3:2) sayəsində reallaşıb.
 
Belə ki, həm finala yüksələn "Liverpul", həm də yarımfinalın digər cütlüyündə üz-üzə gələcək "Mançester Siti" ilə "Real" öz çempionatları vasitəsilə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ əldə ediblər. 
 
"Şaxtyor" üçün yeganə maneə "Vilyarreal" sayılırdı.  İspaniya təmsilçisi çL-i qazansaydı, ukraynalılar təsnifat mərhələsindən mübarizəyə başlamalı olacaqdı. Reqlamentə əsasən, çempionlar Liqasının qalibi daxili çempionat vasitəsilə növbəti turnirə vəsiqə qazanarsa, boş yer formalaşır. Rusiya klublarının avrokuboklardan uzaqlaşdırılması sayəsində 12-ci assosiasiya kimi Ukraynanın çempionu birbaşa qrupa yüksəlib.
 
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsüm başa çatdırılmasa da, turnir cədvəlinə başçılıq edən "Şaxtyor"un çL-ə yollanması qərara alınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest