"Neftçi" onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.

"Neftçi" PFK-nın baş məşqçisi Samir Abasovla may ayının 31-də başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Matc.az xəbər verir ki, klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
 
2020-ci ilin noyabrından "Neftçi"ni çalışdıran Abasov 2020/2021 mövsümündə "ağ-qaralar"la Premyer Liqanın qalibi olub. Komandaya 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb. 
 
"Neftçi" onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest