Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. Matc.az xəbər verir ki, "Şamaxı"nın kapitanının yubileyi Misli Premyer Liqasının 3-cü turuna təsadüf edib.

Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. Matc.az xəbər verir ki, "Şamaxı"nın kapitanının yubileyi Misli Premyer Liqasının 3-cü turuna təsadüf edib.
 
"Səbail"lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. Elvin ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə "Turan"ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.
 
O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi "Bakı"da 73 (3 qol), "Qarabağ"da 70 (3 qol), "Şamaxı"da 54 (7 qol), "Zirə"də 49 (5 qol), "Turan"da 49 (3 qol), "Sumqayıt"da 44 (2 qol) və "Qəbələ"də 11 (2 qol) matç keçirib.
 
"Şamaxı" – "Səbail" qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest