Braziliyalı yarımmüdafiəçi Allan “Everton”dan Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubuna keçib. Matc.az xəbər verir ki, 31 yaşlı braziliyalı ilə 2 illik müqavilə imzalanıb.
 
Allan 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, əvvəllər Avropada “Napoli” və “Udineze” kimi komandaların da formasını geyinib.
 
Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqanın 28 oyununda 2 məhsuldar ötürmə edib, 7 sarı və 1 qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest