UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
 
Matc.az xəbər verir ki, ənənəvi olaraq bu ada yenə dörd namizəd var.
 
Həftənin ən yaxşısı olmağa Roberto Firmino ("Liverpul", İngiltərə), Omer Atsili ("Makkabi", Hayfa, İsrail), Simon Minyole ("Brügge", Belçika) və Son Hın Min ("Tottenhem", İngiltərə) namizəddirlər.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest