27 Oktyabr 2022, 14:34
ÇEMPİONLAR LİQASI
"Tottenhem"in baş məşqçisi Antonio Konte çempionlar Liqasının qrup mərhələsində "Sportinq"lə matça (1:1) əlavə olunmuş vaxtda qırmızı vərəqə alıb. Matc.az xəbər verir ki, 90+6-cı dəqiqədə "Tottenhem"in kapitanı Harri Keyn qol vursa da, videotəkrar sisteminə baxdıqdan sonra oyundankənar vəziyyət səbəbindən qol hesaba alınmayıb.
Bundan sonra Konte sərt emosiya sərgiləyib. Buna görə də, görüşün baş hakimi ona birbaşa qırmızı vərəqə göstərib.
"Tottenhem"in çL-in qrup mərhələsində beş oyundan sonra 8 xalı var və D qrupunun lideri olaraq qalır. "Sportinq" 7 xalla ikincidir. Qrup mərhələsinin son turunda "Tottenhem" Marsel "Olimpik"i ilə qarşılaşacaq. Qarşılaşma noyabrın 1-də keçiriləcək.