UEFA çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Portuqaliyanın "Portu" komandasının hücumçusu Mehdi Taremi layiq görülüb.
 
30 yaşlı iranlı forvard səsvermədə Portuqaliya "Benfika"sından Rafa Silvanı, Fransa PSJ-sindən Lionel Messini və İtaliya "Napoli"sindən Covanni Simeoneni geridə qoyub.
 
Xatırladaq ki, Mehdi Taremi Belçikada "Brügge"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest