27 Oktyabr 2022, 20:36
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Matc.az xəbər verir ki, ən yaxşı "11-lik"də Fransanın PSJ klubundan iki, digər 9 komandadan isə hərəyə bir futbolçu yer alıb.
Qapıçı: Dioqo Kosta ("Portu", Portuqaliya);
Müdafiəçilər: Qonsalo Montiel ("Sevilya", İspaniya), Matteo Qabbiya ("Milan", İtaliya), Leo Estiqor ("Napoli", İtaliya), Endryu Robertson ("Liverpul", İngiltərə);
Yarımmüdafiəçilər: Serj Qnabri ("Bayern", Almaniya), Markus Edvards ("Sportinq", Portuqaliya), Yannik Karrasko ("Atletiko" Madrid, İspaniya);
Hücumçular: Lionel Messi, Kilian Mbappe (hər ikisi PSJ, Fransa), Mehdi Taremi ("Portu", Portuqaliya).