Bu gün UEFA çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçirilən 8 oyundan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olub.

A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda - "Liverpul"la "Napoli" İngiltərədə üz-üzə gəlib. Bu qarşılaşma yalnız qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. İnamlı qələbəyə sevinən "qırmızılar" qrup lideri olublar. Qrupun digər görüşündə isə "Ayaks" Şotlandiyada "Reyncers"in qonağı olub. Amsterdam təmsilçisi səfər qələbəsi sayəsində Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.

B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən "Brügge" Almaniyada "Bayer"lə, "Portu" isə evdə Madrid "Atletiko"su ilə qarşılaşıb. "Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparıblar. Portuqaliyada meydan sahibləri inamlı qələbə qazanıblarsa, Almaniyadakı oyunda qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra "Portu" qrup qalibi olubsa, "Brügge" ikinci yerlə kifayətlənib. "Bayer" Avropa Liqasına vəsiqə qazandığı halda, Madrid "Atletiko"su sonuncu olub.

C qrupunda bütün suallara aydınlıq gəldiyindən "Bayern" - "İnter" və "Viktoriya" - "Barselona" matçları formal xarakter daşıyırdı. Almaniyada meydan sahibləri, çexiyada isə qonaqlar qələbə qazanıblar.

D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edirdi. Portuqaliyada "Sportinq" və "Ayntraxt", Fransada isə Marsel "Olimpik"i və "Tottenhem" arasında keçirilən oyunlarda səfər qələbəsinə sevinən qonaq komandalar 1/8 finala yüksəliblər. Fransa təmsilçisi qrupda qalıbsa, "Sportinq" yoluna Avropa Liqasında davam edəcək.

Xatırladaq ki, daha öncə "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bayern" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
1 noyabr

A qrupu

Liverpul (İngiltərə) - Napoli (İtaliya) 2:0
Qol: Salah, 86. D.Nunes, 90+9.

Reyncers (Şotlandiya) - Ayaks (Niderland) 1:3
Qol: Tavernye, 86-pen - Berqeys, 4. Kudus, 29. Konseysao, 89.

Xal: Napoli - 15. Liverpul - 15. Ayaks - 6. Reyncers - 0.

B qrupu

Portu (Portuqaliya) - Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Taremi, 5. Eustakio, 24.

Bayer (Almaniya) - Brügge (Belçika) 0:0

Xal: Portu - 12. Brügge - 11. Bayer – 5. Atletiko - 5.

C qrupu

Bayern (Almaniya) - İnter (İtaliya) 2:0
Qol: Pavar, 32. Şupo-Motinq, 72.

Viktoriya (Plzen, çexiya) - Barselona (İspaniya) 2:4
Qol: çori, 51-pen; 63 – M.Alonso, 6. F.Torres, 44; 54. Torre, 75.

Xal: Bayern - 18. İnter - 10. Barselona - 7. Viktoriya - 0.

D qrupu

Sportinq (Portuqaliya) - Ayntraxt (Frankurt, Almaniya) 1:2
Qol: A.Qomes, 39 – Kamada, 62-pen. Muani, 72.

Olimpik (Marsel, Fransa) - Tottenhem (İngiltərə) 1:2
Qol: Mbemba, 45+2 – Lanqle, 54. Hoybyerq, 90+5.

Xal: Tottenhem - 11. Ayntraxt - 10. Sportinq – 7. Olimpik – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest