İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haland UEFA çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İspaniya "Sevilya"sına qarşı oyunda komandasına kömək edə bilməyəcək. Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında açıqlama verib.
 
İspaniyalı mütəxəssis 22 yaşlı hücumçunun zədədən sonra tam bərpa olunmadığını söyləyib.
 
Xatırladaq ki, norveçli futbolçu bu mövsüm 16 matçda 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sabah keçiriləcək "Mançester Siti" - "Sevilya" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest