Bu gün UEFA çempionlar Liqasında (çL) qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.

E qrupunda "Milan" doğma meydanda "Zalsburq"u sınağa çəkib. "Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edirdi. Amma meydan sahibləri istəklərinə darmadağınla çatıblar. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "çelsi"nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zalsburq"un "Milan"a uduzmasını gözləmili idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanmaqla Mahirin komandasını qrup sonuncusu sedib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

F qrupunda əsas diqqət Donetsk "Şaxtyor"u ilə "Leypsiq" arasındakı görüşə yönəlmişdi. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edirdi. Donetsk klubu isə çL-də mübarizəni davam etdirmək üçün rəqibini mütləq məğlub etməliydi. Əks halda "Şaxtyor" yoluna Avropa Liqasında davam edəcəkdi. Belə də olub. "Leypsiq" Ukrayna təmsilçisini, qrupun digər matçında isə Madrid "Real"ı doğma meydanda "Seltik"i darmadağınla məğlub edib.

G qrupunda Dortmund "Borussiya"sı "Kopenhagen"lə, "Mançester Siti" isə "Sevilya" ilə qarşılaşıb. Bu qrupda Mançester və Dortmund təmsilçiləri çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin etmişdi. Bu üzdən də son turun matçları yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Danimarkada heç-heçə qeydə alınıb. Mançesterdə isə meydan sahibləri inamlı qələbə sayəsində qrup birinciliyi təmin ediblər.

Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ "Yuventus"la, "Benfika" isə Hayfa "Makkabi"si ilə üz-üzə gəlib. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirib. PSJ Turində qələbə qazansa da, qrup ikinciliyi ilə kifayətlənməli olub. "Benfika" isə İsraildə darmadağına sevinməklə qrup birincisi olub. "Yuventus" Avroliqaya vəsiqə qazandığı halda, "Makkabi" sonuncu yeri tutub.

Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
2 noyabr

E qrupu

çelsi (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.

Milan (İtaliya) - Zalsburq (Avstriya) 4:0
Qol: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.

Xal: çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Real (İspaniya) - Seltik (Şotlandiya) 5:1
Qol: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.

Şaxtyor (Donetsk, Ukrayna) - Leypsiq (Almaniya) 0:4
Qol: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.

Xal: Real – 13. Leypsiq – 12. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qol: Haraldsen, 41 – Hazard, 23.

Mançester Siti (İngilttərə) - Sevilya (İspaniya) 3:1
Qol: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.

Xal: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.

H qrupu

Yuventus (İtaliya) - PSJ (Fransa) 1:2
Qol: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.

Makkabi (Hayfa, İsrail) - Benfika (Portuqaliya) 1:6
Qol: çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.

Xal: Benfika – 14. PSJ – 14. Yuventus – 3. Makkabi – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest