"çempionlar Liqasının qrup mərhələsindəki işimizə qiymət? Mənfi". Matc.az xəbər verir ki, bunu "Barselona"nın baş məşqçisi Xavi deyib. 

42 yaşlı ispan mütəxəssis "Viktoriya" üzərində qazanılan qələbədən (4:2) sonra bildirib ki, komandasının pley-off mərhələsinə çıxmaq şansı var idi: "Pley-offa çıxmaq şanslarımız oldu, hər şey bizdən asılı idi, amma uğursuz olduq, imkanlarımızdan istifadə etmədik. İndi biz Avropa Liqasının favoritiyik. Bu, möhtəşəm yarışdır və biz orada qələbə üçün mübarizə aparacağıq. "Viktoriya" ilə görüşün ilk hissəsində oyunumuz xoşuma gəldi. Bununla belə, çoxlu qol imkanlarını əldən veririk. Müdafiədə bizim üçün həmişəkindən daha çətin idi".

Xatırladaq ki, 6 oyunda 7 xal toplayan "Barselona" C qrupunda üçüncü yeri tutub. "Bavariya" 18 xalla birinci,  "İnter" 10 xalla ikinci olub. "Viktoriya" isə xal üzünə həsrət qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest