Almaniyanın "Bavariya" klubu UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Münhen təmsilçisi buna qrup mərhələsinin 6-cı turunda İtaliyanın "İnter" komandasına 2:0 hesabı ilə qalib gəldiyi görüşdə nail olub.
 
Almaniya çempionu qitənin bir nömrəli klub turnirində 3 mövsümdə qrup mərhələsinin bütün oyunlarında qələbə qazanan yeganə komanda adına sahib çıxıb. "Bavariya" 2019/20 və 2021/22 mövsümlərində də eyni uğura imza atıb.
 
1992/93 mövsümündə İtaliyanın "Milan", 1994/95 mövsümündə Fransanın PSJ, 1995/96 mövsümündə Rusiyanın "Spartak" (Moskva), 2002/03 mövsümündə İspaniyanın "Barselona", 2011/12 və 2014/15 mövsümlərində "Real", 2021/22 mövsümündə isə İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" komandaları da qrupdakı bütün qarşılaşmalarında qalib gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest