03 Noyabr 2022, 13:11
ÇEMPİONLAR LİQASI
İtaliyanın "Milan" klubunun hücumçusu Olivye Jiru UEFA çempionlar Liqasında yeni nailiyyətə imza atıb. Matc.az xəbər verir ki, fransalı futbolçu buna çL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində Avstriya "Zalsburq"una 4:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
Təcrübəli forvard bu qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/04 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində 3 və daha çox qolun vurulmasında iştirak ədən ən yaşlı oyunçu adına sahib çıxıb. O, bunu 36 yaş 33 günündə bacarıb.
Jiru bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.