Bu gün UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimə Bakı vaxtı ilə saat 15:00-da start verilib.
Püşkdə qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar iştirak ediblər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər səbətində yer alıblar.
Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməzdilər. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcək.
Xatırladaq ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.
UEFA çempionlar Liqası
1/8 final
Leypsiq (Almaniya) - Mançester Siti (İngiltərə)
Brügge (Belçika) - Benfika (Portuqaliya)
Liverpul (İngiltərə) – Real (İspaniya)
Milan (İtaliya) - Tottenhem (İngiltərə)
Ayntraxt (Almaniya) - Napoli (İtaliya)
Borussiya (Dortmund, Almaniya) - çelsi (İngiltərə)
İnter (İtaliya) - Portu (Portuqaliya)
PSJ (Fransa) - Bayern (Almaniya)