Avropa Liqasında həftənin futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Marsel Zabitser həftənin ən yaxşısı seçilib.
 
Avstriyadan olan 29 yaşlı futbolçu İspaniyanın "Sevilya" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qola imza atıb.
 
Həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü ("Feyenoord", Niderland), Federiko Qatti ("Yuventus", İtaliya) və Viktor Bonifase ("Yunion", Belçika) də namizəd idilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest