"Qarabağ" uzun illərdi Avropada öz sözünü deyən komandadı. Onların avrokuboklarda bu mövsüm də qrupa düşəcəyindən arxayın idim". Bunu matc.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Danilo Diaş deyib.
Braziliyalı keçmiş hücumçu Azərbaycan çempionunun Avropa Liqasındakı çıxışını dəyərləndirib.
37 yaşlı mütəxəssisin fikrincə, ağdamlılar qrupdan çıxmaq üçün yaxşı imkana malikdi: "Fikrimcə, bu qrupdan çıxmaq olar. "Molde" üzərində qazanılan qələbə də bunu göstərdi. Razıyam ki, "Bayer" indi əla formadadı. Amma heç onlar da məğlubedilməz deyil. İstənilən halda, "Qarabağ" qrupdan çıxmaq üçün "Molde" və "Haken"dən mümkün qədər çox xal almalıdı".
Diaş oktyabrın 5-də II tur çərçivəsində "Haken"lə keçiriləcək səfər görüşünə də münasibət bildirib: "Haken" "Molde" tipində komandadı. Hər ikisi skandinav təmsilçisi olduğundan, standart vəziyyətlərə bel bağlayır. İnanıram ki, "Qarabağ" "Molde"yə yaşatdığını "Haken" önündə də təkrarlayar. İsveç səfəri ağır olacaq. Amma "Qarabağ" belə çətin periodları çox görüb".
Qeyd edək ki, Danilo Diaş 2014-15 mövsümündə "Qarabağ"ın formasını geyinib.