“Mançester Yunayted”in sabiq kapitanı Qari Nevill “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın nə vaxt istefaya göndəriləcəyi ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, niderlandlı mütəxəssisin mövsümün sonuna qədər postunda qalacağına inanmır:
“Yeni rəhbərlik mövsümün sonuna qədər ten Haqla bağlı qərar verəcək. Buna şübhəm yoxdu. “Mançester Yunayted” çox pis durumdadı və belə davam edərsə, baş məşqçi real təzyiq altında olacaq. O, klubdakı ilk mövsümündə çox yaxşı iş gördü. İndi yeni sahib çalışdırıcının işinə qiymət verəcək. Ten Haq ətrafında idarəetmə komandası olmadan işləyir, bu, inanılmazdı. Ona sadəcə olaraq, seyfin açarlarını verdilər. Baş məşqçi belə işləməməlidi”.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada hazırda 31 xalla 7-ci pillədədi.