2023-cü ilin ən yaxşı 10 pleymeykeri müəyyənləşib. Belçikalı Kevin de Bruyne bu ada layiq görülüb. “Mançester Siti”nin yarımmüdafiəçisi 2020 və 2021-ci ildən sonra üçüncü dəfə hamıdan çox səs toplayıb. Onu mükafatın beşqat qalibi Lionel Messi izləyib.
2023-cü ilin ən yaxşı 10 pleymeykeri müəyyənləşib. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, belçikalı Kevin de Bruyne bu ada layiq görülüb.
“Mançester Siti”nin yarımmüdafiəçisi 2020 və 2021-ci ildən sonra üçüncü dəfə hamıdan çox səs toplayıb. Onu mükafatın beşqat qalibi Lionel Messi izləyib. “Mançester Siti”nin digər üzvü Bernardo Silva ilk “üçlüy”ü qapayıb.
Ən yaxşı 10 pleymeyker:
1. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) - 181
2. Lionel Messi (Argentina / “İnter Mayami”) - 100
3. Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) - 78
4. Cud Bellinqem (İngiltərə / “Real”) - 70
5. Martin Edeqor (Norveç / “Arsenal”) - 18
6. Camal Musiala (Almaniya / “Bavariya”) - 17
7. Toni Kroos (Almaniya / “Real”) - 15
8. Pedri (İspaniya / “Barselona”) - 12
9. Federiko Valverde (Uruqvay / “Real”) - 11
10. Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”) - 10