“Yalnız onu deyə bilərəm ki, “Qarabağ” Rusiya çempionatında liderlərdən biri olar və yüksək yerlər uğrunda mübarizə aparar. Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır. Bu, məni xoş mənada təəccübləndirdi".
“Oyun keyfiyyətinə görə müqayisə etmək çətindi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
32 yaşlı rusiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında Rusiya ilə Azərbaycan futbolunu müqayisə edib:
“Yalnız onu deyə bilərəm ki, “Qarabağ” Rusiya çempionatında liderlərdən biri olar və yüksək yerlər uğrunda mübarizə aparar. Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır. Bu, məni xoş mənada təəccübləndirdi. Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatın səviyyəsi yüksəlir və düzgün münasibət olmadan hər hansı bir rəqiblə işləmək çətindi”.
Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədərdi.