“Araz-Naxçıvan” qış təlim-məşq toplanışı çərçivəsində yanvarın 12-dən 16-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu müddətdə bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

Naxçıvanlılar ilk olaraq elitanın digər komandası “Kəpəz”lə anlaşmışdı. Lakin gəncəlilərin son anda Qəbələyə gedə bilməyəcəyini bildirməsindən sonra planlar dəyişib.

“Araz-Naxçıvan” “Kəpəz”in əvəzinə yerli komanda “Qəbələ” ilə razılaşıb. Komandalar yanvarın 15-də sınaq qarşılaşmasında üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest