01 Yanvar 2024, 15:19
FUTBOL
“Mançester Yunayted” Rafael Varana əvəzləyici tapıb. Matc.az xəbər verir ki, İngiltərə klubu “Atalanta”nın və İtaliya millisinin mərkəz müdafiəçisi Corcio Skalviniyə “elçi düşüb”.
“Qırmızı şeytanlar” 20 yaşlı oyunçunun keçidində israrlıdı. Lakin “Atalanta” qış fasiləsində onu satmaq fikrində deyil. İtalyanlar yalnız mövsümün sonunda danışıq aparmağa hazırdı. Gənc futbolçu ilə “Bavariya” və “Real” da maraqlanır.
Qeyd edək ki, Skalvini bu mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 20 oyun keçirib, 1 qol vurub.