Donni van de Beek “Mançester Yunayted”dən “Ayntraxt”a keçib. Matc.az xəbər verir ki, Almaniya klubu yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

İngiltərə klubu Niderland millisinin üzvünün Bundesliqada çıxış edəcəyini açıqlayıb. Müqavilədə futbolçunun satın alınması variantı da nəzərdə tutulub. “Ayntraxt” van de Beeki birdəfəlik transfer etmək istəsə, ingilislərə 11+4 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 1 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest