01 Yanvar 2024, 16:47
FUTBOL
Lionel Messinin Argentina millisindəki forması əbədiləşdiriləcək. Matc.az xəbər verir ki, bunu Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlayıb.
Assosiasiya rəhbəri bildirib ki, 36 yaşlı hücumçu yığmadan ayrıldıqdan sonra bir daha heç kim 10 nömrəli formanı geyinməyəcək.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən formasını geyindiyi Argentina yığmasında 180 oyunda 106 qol vurub.