01 Yanvar 2024, 17:18
FUTBOL
“Nyukasl”ın müdafiəçisi Fabian Şer İsveçrənin “Vil” klubunun direktorlar şurasına üzv olub. Matc.az xəbər verir ki, futbolçu Premyer Liqa təmsilçisindən icazə alaraq bu addımı atıb.
“Vil”in prezidenti Mauritse Ueber oyunçunun onlara fayda verəcəyini düşünür: “O, direktorlar şurasında fəaliyyət göstərəcək. Burada prezident, idman direktoru, baş menecer, baş məşqçi və köməkçi məşqçi ilə birlikdə idman komissiyası var. Fabian da bizə qoşulacaq”.
Qeyd edək ki, Fabian Şer karyerasının əvvəllərində “Vil”in gənclər komandasında çıxış edib.