“Bayer”in baş məşqçisi Xabi Alonso “Bavariya”nın sükanı arxasına keçə bilər. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin Leverkuzen təmsilçisindəki fəaliyyəti münhenlilərin diqqətini çəkib.

Bundesliqa çempionu gənc mütəxəssislə ən geci mövsümün sonunda anlaşmağı planlaşdırır. Bu üzdən “Bayer”lə təzminat məsələsi müzakirə olunacaq. Çünki Alonsonun klubu ilə sözləşməsi 2026-cı ilin yayına qədərdi. “Real”ın Karlo Ançelotti ilə yeni müqaviləni razılaşdırması “Bavariya”nın işini asanlaşdıran məqamdı.

Qeyd edək ki, “Bayer” hazırda Bundesliqada 42 xalla turnir cədvəlinə başçılıq edir. Xabi Alonsonun komandası hələ ki, məğlubiyyət almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest