"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə çempionatının 20-ci turunda "Fulhem"dən məğlubiyyəti (1:2) şərh edib.

Matc.az xəbər verir ki, daha əvvəl “Vest Hem”ə uduzmuş (0:2) “topçular” Premyer Liqada ardıcıl ikinci matçında məğlub olub. Futbolçu açıqlamasında deyib: "Son iki dueldə “Arsenal” mövsüm ərzində müəyyən edilmiş standartlara uyğun gəlməyib. Biz özümüzü və azarkeşləri məyus etdik. Oyuna daha çox nəzarət etməli, özümüzə daha çox inanmalıyıq. Bizə daha çox istək lazımdır və mentalitetimiz üzərində işləməliyik. Biz bir-birimizdən daha çox şey tələb etməliyik. Çempionatda yüksək yerlər uğrunda mübarizə aparırıq və belə qolları buraxa bilmərik. Bu çempionatda uğursuzluğa yer yoxdur. Cədvəldə yanımızda çoxlu yaxşı komandalar var, lakin biz yuxarı qalxmaq istəyirik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest