Yanvarın 1-də PSJ-nin hücumçusu Kilian Mbappe digər klublarla danışıqlar aparmaq hüququ əldə edib.

Matc.az xəbər verir ki, Mbappenin hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır və o, azad agentə çevriləcək. Bu isə o deməkdir ki, Paris klubu növbəti 6 ayda forvardın digər komandalarla danışıqlara mane ola bilməyəcək. 25 yaşlı fransalıya əsas namizəd Madrid "Real"ıdır. Daha əvvəl xəbər verildiyi kimi, Madrid klubu yanvarın əvvəlində Mbappe ilə müqavilə imzalamaq istəyir.

PSJ öz növbəsində Mbappe ilə müqaviləni uzatmaq istəyir. O, keçən il parislilərlə müqaviləni daha bir mövsümə avtomatik uzatmaq variantını aktivləşdirməmək qərarına gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest