"Vest Hem" yarımmüdafiəçisi Tomas Soucek ilə müqaviləni uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı çex 2027-ci ilin yayına kimi London klubunda çıxış edəcək. Soucek 2020-ci ilin yayında "Slavia Praqa"dan 16,2 milyon avroya alınıb.

Hazırda "Transfermarkt" portalı futbolçunu 35 milyon avro dəyərində qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest