01 Yanvar 2024, 22:30
FUTBOL
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes 2023-cü ildə Avropanın ən yaxşı 5 liqasında yaradılan qol şanslarının sayına görə lider olub.
Matc.az xəbər verir ki, portuqaliyalı komanda yoldaşları üçün 31 qol şansı yaradaraq 2023-cü ili başa vurub. İlk 4-lüyə yalnız Premyer Liqa klublarının oyunçuları daxil olub . İkinci yerdə “Liverpul”un müdafiəçisi Trent Alexander-Arnold (29), üçüncü yerdə “Liverpul”un hücumçusu Məhəmməd Salah (24), dördüncü yerdə isə “Nyukasl”ın müdafiəçisi Kieran Trippyer (22) qərarlaşıb. Beşinci yeri 2023-cü ildə hər biri 21 qol şansı yaradan "Borussiya"nın yarımmüdafiəçisi Julian Brandt və "Atletiko"nun hücumçusu Antuan Qrizmann bölüşdürüb.