“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın XX turunda “Nyukasl”la oyunda yubiley qoluna imza atıb. Matc.az xəbər verir ki, komandasının 4:2 hesablı qələbəsində dublla töhfə verən misirli forvardın ilk qolu “qırmızılar”ın heyətində 150-ci olub.

O, Premyer Liqada bir klubun heyətində 150 və daha çox qol vuran 5-ci oyunçu olub. Buna qədər Harri Keyn (“Tottenhem”), Serxio Aquero (“Mançester Siti”), Ueyn Runi (“Mançester Yunayted”) və Tyerri Anri (“Arsenal”) eyni nailiyyətə imza atmışdılar.

Qeyd edək ki, “Liverpul” Premyer Liqada 45 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest