2023-cü ildə ölkə çempionatlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, ötən il yüksək liqalarda ən məhsuldar oyunçu Harri Keyn olub.

İngiltərəli forvard 38 qolla bunu bacarıb. Ulduz futbolçu bunun 17-ni “Tottenhem”lə Premyer Liqada, 21-ni isə “Bavariya” ilə Bundesliqada vurub.

PSJ-nin hücumçusu Kilian Mbappe və “Əl-Nəsr”in bombardiri Kriştiano Ronaldo hərəyə 34 qolla növbəti yerləri bölüşdürürlər.

 

Yüksək liqalarda ən çox qol vuran 10 futbolçu

1. Harri Keyn (“Tottenhem”, “Bavariya”) – 38 qol

2. Kilian Mbappe (PSJ) – 34

3. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 34

4. Santyaqo Ximenes (“Feyenord”) - 31

5. Mauro İkardi (“Qalatasaray”) – 30

6. Erlinq Haland (“Mançester Siti”) – 29

7. Lautaro Martines (“İnter”) – 29

8. Nemanya Bilbiya (“Zrinski”) – 29

9. Marko Peres (“Akilas Doradas”) - 28

10. Vangelis Pavlidis (“Alkmar”) – 27

 

Qeyd edək ki, eyni sayda qol vuran futbolçular çıxış etdikləri liqanın reytinqinə görə sıralanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest