“Mançester Siti”nin vingeri Ceremi Doku Avropanın “böyük beşlik” ölkələrində 2023-cü ildə ən çox uğurlu driblinq edən futbolçudu. Matc.az xəbər verir ki, 21 yaşlı belçikalı ötən il 133 dəfə rəqiblərini aldatmağı bacarıb.

İkinci pillədə qərarlaşan “Bavariya”nın oyunçusu Leroy Sanenin aktivində 114 uğurlu driblinq olub. Üçüncü yeri “Atletik”li Niko Uilyams (110) tutub.

“Real”ın braziliyalıları Vinisius Junior (106) və Rodriqo (101) ilk “beşliy”in digər “sakinlər”idi.

Qeyd edək ki, Ceremi Doku ötən ilin yayında 60 milyon avroya “Renn”dən “Mançester Siti”yə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest