02 Yanvar 2024, 17:51
FUTBOL
“İnter”in və Fransanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Lüsyen Aqume karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu “Sevilya” ilə anlaşıb.
Razılığa əsasən, o, mövsümün ikinci yarısını La Liqa təmsilçisində icarə əsasında keçirəcək. “Sevilya” yayda onu 8 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq. Aqume tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gün İspaniyaya yollanacaq.
Qeyd edək ki, oyunçu bu mövsüm A Seriyasında 1 oyun keçirib.