PSJ yarımmüdafiəçi Uorren Zair-Emeri ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 17 yaşlı futbolçunun 18 yaşı tamam olanda yeni müqaviləyə imza atacağı gözlənilir. Zaire-Emeri PSJ akademiyasının yetirməsidir. Uorren Parisin əsas komandasında 50 oyun keçirməyi bacarıb. Bu oyunlarda 5 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" oyunçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest