02 Yanvar 2024, 19:30
FUTBOL
"Brügge"nin vingeri Tajon Buçanan karyerasını "İnter"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "İnter" Kanada millisinin 24 yaşlı futbolçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək. Byukenanın özü ilə şəxsi müqavilənin şərtləri daha əvvəl razılaşdırılmışdı. Futbolçu çərşənbə günü Milana uçacaq və cümə axşamı tibbi müayinədən keçəcək.
Qeyd edək ki, 2023-2024 mövsümündə Buçanan "Brugge"də 20 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.