02 Yanvar 2024, 20:00
FUTBOL
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Cessi Linqard karyerasını "Everton"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Everton" 31 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər qısamüddətli müqavilə imzalamağa hazırlaşır. Linqard 2022-2023 mövsümünün sonunda "Nottingem Forest"dən ayrıldıqdan sonra klubsuz qalıb. Futbolçu “Vest Hem” və “Əl-İttifaq”la məşq etməyi bacarsa da, bu klublardan təklif almayıb