İngiltərə millisinin sabiq kapitanı Ueyn Runi "Birmingem"in baş məşqçi postundan qovulmasına münasibət bildirib və məşqçilik karyerasına fasilə verəcəyini vurğulayıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Futbol nəticəyə əsaslanan bir işdir. Etiraf edirəm ki, onlar mənim bəyənəcəyim səviyyədə deyildilər. Bununla belə bu bir məşqçinin sahib olduğu ən dəyərli resursdur və 13 həftənin lazım olan dəyişiklikləri görmək üçün kifayət olduğuna inanmıram. İndi bu uğursuzluğun öhdəsindən gəlmək üçün mənə bir az vaxt lazım olacaq. 16 yaşımdan peşəkar futbolda çalışıram, amma indi ailəmlə bir az vaxt keçirmək və məşqçilik səyahətimdə növbəti fürsətə hazırlaşmaq istəyirəm. "Birmingem" və onun sahiblərinə ambisiyalarına çatmaqda ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, "Birmingem" Çempionşip cədvəlində 20-ci yerdədir. Bir gün əvvəl komanda "Lids"ə məğlub olub - 0:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest